Astaranın Miki kəndindən olan Elşən Həmzəyev Sankt-Peterburqda üçüncü dəfə deputat seçilib.
Cenublu.az sosial şəbəkəyə istinadən xəbər verir ki, Elşən Ələkbər oğlu Həmzəyev Sankt-Peterburqun şəhər Dumasına və şəhərdaxili dairə şurasına keçirilən seçkilərdə bütün rəqiblərini məğlub edərək üçüncü dəfə deputat adına layiq görülüb.
Bu qələbə ilə Həmzəyev şəhərin siyasi həyatında mövqeyini gücləndirərək, yerli məsələlərin həllində aktiv rolunu davam etdirəcək.