Yardımlıdan olan Vətən müharibəsi şəhidinin qardaşı Elmir Rzalı Avrasiya çempionatında birinci yeri tutaraq növbəti uğura imza atıb.
Cenublu.az xəbər verir ki, INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan yarışda idmançı "Men"s Physique" kateqoriyasında bütün rəqiblərini geridə qoyaraq çempionluq kubokuna sahib çıxıb. Bu qələbə ilə Elmir Rzalı üçqat Avrasiya çempionu titulunu qazanıb.
Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır.