Bu gün şəhid Səid Həsənovun anadan olduğu tarixdir.
Səid Sarıbala oğlu Həsənov 1992-ci il noyabrın 10-da Cəlilabad rayonunun Əsədli kəndində dünyaya göz açıb.
Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Səid 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olub.
Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə " medalları ilə təltif edilib.
Şəhadətindən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə tətif edilib.