Lənkəranlı alim Elnur Kəlbizadəyə siyasi elmlər doktoru elmi dərəcəsi verilib.
Cenublu.az xəbər verir ki, Ali Attestasiya Komissiyasının qərarı ilə bu elmi dərəcəyə layiq görülən Elnur Kəlbizadə 1988-ci ildə Lənkəranda anadan olub. O, Lənkəran Dövlət Universitetində bakalavr, Naxçıvan Dövlət Universitetində isə magistr təhsili alıb.
Alim 4 monoqrafiya, 8 elmi kitab və 120-yə yaxın elmi məqalənin müəllifidir. Müxtəlif illərdə bir sıra elmi və dövlət qurumlarında çalışan Elnur Kəlbizadə hazırda Milli Aviasiya Akademiyasında fəaliyyət göstərir.
Qeyd edək ki, o, Lənkəran Dövlət Universitetinin müəllimi Həşim Kəlbiyevin oğludur.