top
Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır
Bu gün, 15:36
- ↺ +

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının milli qürurunun, birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür. Bu qələbənin arxasında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın həmrəyliyi dayanır. Vətən müharibəsində çiyin-çiyinə döyüşərək şəhidlik zirvəsinə ucalan lerikli qardaşlar İman və Bəhramın həyat yolu da bu qəhrəmanlıq salnaməsinin unudulmaz səhifələrindəndir.

Bu fikirləri iki şəhid qardaşın atası Elman Məmmədov söyləyib.

Şəhid qardaşların atası bildirib ki, övladlarının xatirəsi, onların Vətən uğrunda göstərdikləri fədakarlıq, ailəsi üçün həm böyük qürur, həm də əvəzsiz övlad acısıdır. Ata qeyd edib ki, İmanla Bəhramın aralarında cəmi bir yaş yarım fərq olub. Uşaqlıqdan bir yerdə böyüyən qardaşlar məktəb illərini, ali təhsil həyatını, hərbi xidmətlərini və Vətən müharibəsindəki döyüş yollarını birlikdə keçiblər. Onlar bir-birinə yalnız qardaş deyil, həm də ən yaxın dost və silahdaş olublar. "İmanla Bəhram əsl qardaşlıq salnaməsi yazdılar. İstərdim ki, böyüyən hər bir qardaş onlar kimi olsun, bir-birinə, Vətəninə və dövlətinə dayaq dursun. Onlar son ana qədər bir-birinin yanında oldular. Qardaşı qardaşdan Vətən yolunda ölüm belə ayıra bilmədi", – deyə şəhid atası vurğulayıb.

İki şəhid atası deyib ki, İman və Bəhram 2020-ci il sentyabrın 27-dən oktyabrın 27-dək Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşublar. Qardaşların son döyüşü oktyabrın 27-də Qırmızı Bazar istiqamətində olub. Onlar yüksəklik uğrunda gedən döyüşlərdə birlikdə şəhid olublar.

"Bir valideyn üçün dünyada ən ağır dərd övlad itkisidir. Övlad acısını heç nə ilə doldurmaq mümkün deyil. Mənim ən böyük qürurum oğullarımın Vətən uğrunda çiyin-çiyinə döyüşməsi və qəhrəmancasına şəhid olmasıdır. Onların yoxluğu bizim üçün ağır dərddir, amma şəhidlik məqamları və adlarının xalqımızın yaddaşında əbədi yaşaması bizə təsəlli verir", – deyə o əlavə edib.

Şəhid atası vurğulayıb ki, 30 ilə yaxın davam edən torpaq həsrəti, xalqımızın yaşadığı ağrı-acılar və itkilər Zəfərlə nəticələnən mübarizənin tarixi əhəmiyyətini daha da artırır. Şəhidlərin fədakarlığı sayəsində Azərbaycan xalqı öz torpaqlarına, milli qüruruna və gələcəyə inamına qovuşub.

"44 günlük müharibənin şəhidlərinin bir adı var: Zəfər qəhrəmanları. Onlar əsrlərin qisasını aldılar, 30 illik torpaq həsrətinə son qoyulmasına öz canları ilə töhfə verdilər. Adları Azərbaycan tarixinə əbədi qəhrəmanlıq dastanı kimi yazıldı", – deyə şəhid atası əlavə edib.

Mənbə: AZƏRTAC  

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Oxşar xəbərlər