Noyabrın 10-da saat 11:00-a olan faktiki hava açıqlanıb.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.
Qar örtüyünün hündürlüyü Kəlvəzdə (Lerik) 10 sm-dir.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı Astarada 8, Yardımlıda 6, Neftçala, Lənkəran, İmişli, Biləsuvar və Sabirabadda isə 1-5 mm-dir.
Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.