Lənkəran rayonunda 56 yaşlı kişi iynədən şoka düşərək ölüb.
Hadisə noyabrın 10-u saat 16 radələrində rayonun Veravul kəndində baş verib.
Kənd sakini 1970-ci il təvəllüdlü Rasim Qasım oğlu Qasımov yaşadığı evdə arvadı Şəfəqin ona iynə vurması nəticəsində şok keçirərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Mənbə: oxu.аz