Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Azərbaycan pavilyonu diqqət mərkəzindədir. Burada, xüsusilə Azərbaycan çayına çox böyük maraq var.
Azərbaycan pavilyonunda daim çay içməyə gələnləri görmək mümkündür. İnsanlar "Gəl bir Azərbaycan çayı içək", - deyə bir-birini pavilyonumuza dəvət edirlər. Burada qonaqlara milli təamlarımız da təklif olunur.
Bir sözlə, süfrəsinin müxtəlifliyi ilə Azərbaycan COP31-də də seçilir.
Mənbə: AZERTAC