2026-cı ilin ilk 9 ayında xarici turistlər Lənkəranda kirayə götürdükləri evlərdə 5 119 gecə keçiriblər.
Cenublu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu barədə 2026-cı ilin yanvar-sentyabr ayları üzrə açıqlanan statistik göstəricilərdə qeyd olunub.
Məlumata görə, Bakı, Abşeron və Sumqayıt istisna olmaqla, xarici turistlərin kirayə evlərdə keçirdikləri gecələmələrin sayına görə Lənkəran ölkə üzrə ilk onluqda yer alıb.
Siyahıda 34 228 gecələmə ilə Qusar birinci, 25 958 gecələmə ilə Quba ikinci, 21 802 gecələmə ilə Qəbələ isə üçüncü olub.
Lənkəran 5 119 gecələmə göstəricisi ilə 7-ci pillədə qərarlaşıb.
Ümumilikdə, hesabat dövründə Azərbaycana gələn xarici turistlərin kirayə evlərdə keçirdikləri gecələmələrin sayı 859,4 min təşkil edib.