Cəlilabaddan olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elvin Şükürlünün qardaşı Elnur Şükürlü mayor hərbi rütbəsinə yüksəlib.
Elnur Şükürlü hazırda Azərbaycan Ordusunda hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsində qardaşı Elvinlə birlikdə döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Elvin Şükürlü 1997-ci il iyunun 14-də Cəlilabadda anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elvin Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.
Mənbə: bakivaxti.аz