Lerik rayonundan olan Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib.
Cenublu.az xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, 70 yaşlı aktyor bir müddət əvvəl Moskvada əməliyyat olunub.
Qeyd edək ki, Aslan Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. Onun sənətə marağı hələ uşaqlıq illərindən başlayıb. Cəmi 7 yaşında kənd mədəniyyət evində Yusif Əzimzadənin "Nəsrəddin" komediyası əsasında hazırlanan tamaşada "İnkir" obrazı ilə ilk dəfə səhnəyə çıxıb.
Aktyor 2008-ci ildən 2026-cı il oktyabrın 31-dək Azərbaycan Dövlət Kukla Teatrında çalışıb.
Aslan Fətullayev 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına və Prezident mükafatına layiq görülüb.