Cəlilabadlı şair və Vətən müharibəsi iştirakçısı Emin Piri beynəlxalq idman yarışında uğur qazanıb.
Cenublu.az xəbər verir ki, Emin Piri İNBA (International Natural Bodybuilding Association) tərəfindən təşkil olunan natural bodibildinq və fitnes üzrə Avrasiya çempionatında gümüş medal əldə edib.
O, "Men"s Physique" kateqoriyasında mübarizə apararaq ikinci yeri tutub.
Emin Piri bildirib ki, son üç ildə əsasən ev şəraitində məşq edib.