Bu gün şəhid Elçin Ağayevin doğum günüdür.
Elçin Mərifət oğlu Ağayev 2002-ci il noyabrın 9-da Cəlilabad rayonunda anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elçin Ağayev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı 2021-ci il noyabrın 17-də şəhid olub.
"Vətən uğrunda" medalı və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.