Lənkəran rayonunun Siyavar kəndinin tanınmış ziyalılarından olan Maarif Heydərov 71 yaşında dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, Maarif Heydərov 1954-cü il noyabrın 28-də Siyavar kəndində anadan olub. İxtisasca coğrafiya müəllimi olan mərhum uzun illər təhsil və ictimai fəaliyyət sahəsində çalışıb.
O, 17 il Faiq İbrahimov adına Siyavar kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Bundan başqa, uzun müddət seçki məntəqəsinin sədri olub, bir müddət isə kənddə yerli özünüidarəetmə orqanına rəhbərlik edib.
Allah rəhmət eləsin!