Bu gün əslən Masallıdan olan şəhid polkovnik-leytenant Ramiz Cəfərovun anım günüdür.
Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Ukraynanın Makeyevka şəhərində anadan olub.
Vətən müharibəsi zamanı Azərbaycanın işğal edilmiş ərazilərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. O, 6 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və 11 noyabrda II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Ramiz Cəfərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Ölümündən sonra həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.