Bakı Boks Mərkəzində keçirilən yeniyetmə oğlan boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turniri Masallı idmançısı üçün uğurlu olub.
8 ölkənin nümayəndələrinin iştirak etdiyi nüfuzlu yarışda Azərbaycan millisinin üzvü, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Masallı Uşaq-gənclər idman məktəbinin (UGİM) yetirməsi Qardaş Rəhimov 52 kq çəki dərəcəsində gümüş medala yiyələnib.
Gənc idmançının bu uğurunda onun məşqçisi, Masallı UGİM-in boks bölməsinin məşqçi-müəllimi Orxan Cəbiyevin də əməyi xüsusi qeyd olunur.
Masallı idmançısını və məşqçisini təbrik edir, yeni qələbələr arzulayırıq!