top
Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi
Bu gün, 10:51
- ↺ +

Cənub mətbəxinin zinəti – Zeyrən çörəyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan mətbəxinin ən qədim şirniyyat növlərindən biri də "Zeyrən" (Nozık)  çörəyidir.

Zeyrən çörəyi vaxtilə cənub bölgəsində hər bir ailədə süfrələrin bəzəyi olub.

Bu çörək növü qədim dövrdən nənələrimizdən yadigar qalıb. Bayram günlərində nişanlı qızlar, gəlinlər üçün bu çörəklərdən mütləq pay aparırlarmış.

Zeyrən çörəyinin bişirilmə qaydası belədir: unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğurulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib 25-30 santimetr həcmində əl ilə açılır. Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsində xırda dəliklər açılır. Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. Zeyrən çörəyi təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir.

Bu çörəyi sobada bişirmək asandır, lakin təndirdə bişən Zeyrən çörəyin dadının əvəzedilməz olduğu deyilir. Təndirdə 10 dəqiqəyə bişirilən bu çörək, əsasən, soyuduqdan sonra yeyilir. 

Talış xalq adətlərinə görə bu çörəyi qırmızı lent əvəzinə şal vasitəsilə gəlin köçən qızların belinə bağlayırlar və gəlin ata evindən ər evinə gələnədək çörək gəlinin belində qalır. Bu, bolluq və bərəkət rəmzidir.

Bəzi  bölgələrdə ev tikilib başa çatdıqdan sonra evə ilk gətirilən bərəkət rəmzi məhz Zeyrən çörəyi olurdu. Şirniyyat və çərəzlərlə dolu xonçanı mütləq ev sahibinin anası, anası sağ deyilsə, mütləq öz həyat yoldaşı gətirməli idi. Bu adətlərə hələ də bəzi dağ kəndlərində ciddi əməl olunur.

Başqa bir adətə görə bayram günlərində yaxınların məzarı üstünə mütləq Zeyrən çörəyi aparılır. Ramazan bayramında un və düyü halvaları ilə yanaşı, Zeyrən çörəyi bişirilir.

Evə gələn qonaq yola salınarkən də ona Zeyrən çörəyinin verilməsi adətlərdən biridir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:00

Canəli Əkbərovun xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 09:23

Lənkəranlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

22 oktyabr 2020-ci il: Vətən müharibəsinin 26-cı günü

İdman
Dünən, 18:00

Nəriman Axundzadə: "Azərbaycana qayıtmağı düşünmürəm"

Bütün xəbərlər
Dünən, 17:00

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:49

Son bir həftədə Azərbaycanda 264 şübhəli şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:30

Arvadını odunla döyən astaralı barədə məhkəmə QƏRARI

Bütün xəbərlər
Dünən, 14:55

Samir Məmmədov: 16 yaşdan aşağı şəxslər üçün platformalarda fərdi hesabların yaradılması qadağan ediləcək

İqtisadiyyat
Dünən, 14:20

Azərbaycanda bu sahibkarlara sanksiya tətbiq edildi – MƏBLƏĞ

Kriminal
Dünən, 13:45

Biləsuvarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

İqtisadiyyat
Dünən, 13:05

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb

Bütün xəbərlər
Dünən, 12:35

Azərbaycanda məktəblərdə "TikTok"a çıxış məhdudlaşdırılıb

Bütün xəbərlər
Dünən, 12:00

Lənkəran sakinlərinin sahibsiz itlərdən ŞİKAYƏTİ

Bütün xəbərlər
Dünən, 11:15

Bu gecə meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 10:35

Sabah üç rayonda qaz olmayacaq

Kriminal
Dünən, 10:00

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: ölən var

Bütün xəbərlər
Dünən, 09:32

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:05

21 oktyabr 2020-ci il: Vətən müharibəsinin 25-ci günü

Bütün xəbərlər
20 oktyabr 2026, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
20 oktyabr 2026, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
20 oktyabr 2026, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
20 oktyabr 2026, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Oxşar xəbərlər