Lənkərandan olan Birinci Qarabağ müharibəsinin iştirakçısı, qazi, mayor Ərzuman Rüstəmov Bakıda dünyasını dəyişib.
Cenublu.az xəbər verir ki, Ərzuman Rüstəmov bu gecə ürək tutmasından vəfat edib.
Peşəkar hərbçi olan Ərzuman Rüstəmov Birinci Qarabağ müharibəsi zamanı Ağdərədə gedən döyüşlərdə iştirak edib. O, T-72 tankı ilə döyüş əməliyyatında olarkən tankın vurulması nəticəsində ağır xəsarət alıb və aşağı ətraflarının hərəkət qabiliyyətini itirib.
Buna baxmayaraq, qazi sonrakı illərdə də ölkənin ictimai, hərbi və siyasi həyatında fəal iştirak edib.
Allah rəhmət eləsin!