Salyan şəhərinin 20 Yanvar küçəsində yaşayan sakinlər üç ildən artıqdır yol problemindən əziyyət çəkirlər.
Kanalizasiya xətlərinin çəkilişindən sonra asfalt örtüyü bərpa olunmayan küçə yağışlı havalarda palçığa qərq olur.
Vətəndaşlar bildirirlər ki, uşaqları məktəbə aparmaq ciddi problemə çevrilib, təcili yardım avtomobilləri isə küçəyə daxil olmaqda çətinlik çəkir. Onlar yolun təmir olunmasını tələb edirlər.
Salyan bələdiyyəsinin sədri Telman Ağabəyov bildirib ki, ərazidə kanalizasiya layihəsinin 70–80 faizi tamamlanıb. Yolun müvəqqəti qaydaya salınması üçün qum-çınqıl tökülməsi planlaşdırılır. Lakin texnika çatışmazlığı səbəbindən gecikmə yaranıb. Layihənin tam başa çatacağı tarix isə dəqiq deyil.
Mənbə: musavat.cоm