top
Ən böyük hədəfim UFC-də döyüşməkdir - MMA döyüşçümüz Nərmin Əliyevanın MÜSAHİBƏSİ
Bu gün, 17:00
- ↺ +

"Ən böyük hədəfim UFC-də döyüşməkdir" - MMA döyüşçümüz Nərmin Əliyevanın MÜSAHİBƏSİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kişilərin üstünlük təşkil etdiyi MMA dünyasında özünə yer açmaq, üstəlik, beynəlxalq arenada ölkəni uğurla təmsil etmək asan deyil. Masallıdan olan idmançı Nərmin Əliyeva isə seçdiyi yolda inamla irəliləyir. Həvəskar MMA-da IMMAF versiyası üzrə Avropa və dünya çempionu olan idmançı peşəkar karyerasında da uğurlu çıxışlarını davam etdirir.

Azərbaycanlı döyüşçü İsveçdə keçirilən "Fight Club Rush" (FCR) turnirində yerli idmançı Mari Paulseni ilk raundda boğucu və ya ağrılı fəndlə təslim olmağa məcbur edərək məğlub edib və peşəkar karyerasında ikinci qələbəsini qazanıb.

Azərbaycan qadın MMA-sının ilk nümayəndələrindən biri olan Nərmin Əliyeva üçün bu qələbələr yalnız şəxsi uğur deyil, həm də özündən sonra gələn qızlar üçün yol açmaq imkanıdır.

Nərmin Əliyeva onun karyerasının başlanğıcından, peşəkar MMA-dakı planlarından və Azərbaycan qadın döyüş idmanının gələcəyindən danışıb.

- Qadın MMA döyüşçüsü olmaq qərarını necə verdiniz? Bu idmana başladığınız vaxt ailənizin və ətrafınızdakı insanların reaksiyası necə oldu?

- MMA dünyanın ən populyar idman növlərindən biridir. Azərbaycanda bu idmanda yüksək nəticə göstərən qadın idmançı olmadığı üçün ilk olmaq istədim. Ailəm və yaxınlarım isə hər zaman mənə dəstək oldular.

- Azərbaycanda qadın MMA döyüşçülərinin ilk nümayəndələrindən birisiniz. Sizdən əvvəl bu yolu keçən idmançıların az olması karyeranızın başlanğıcında çətinlik yaradırdımı?

- Bəli, məndən əvvəl yüksək nəticə göstərən qadın idmançı olmadığı üçün qadınlara inam az idi. Ümid edirəm ki, mən irəlilədikcə digər qızlara da yol açılacaq. İstəyirəm ki, gələcəkdə MMA ilə məşğul olmaq istəyən azərbaycanlı qızlar məni nümunə götürsünlər. Mənim üçün uğur yalnız öz qələbələrim deyil, məndən sonra gələnlər üçün də yol açmaqdır.

- Həvəskar MMA-da IMMAF versiyası üzrə Avropa və dünya çempionu olmusunuz. Peşəkar MMA-da özünüz üçün hansı hədəfi müəyyənləşdirmisiniz?

- Həvəskar karyeramda qazandığım uğurlar mənim üçün böyük motivasiyadır. İlk hədəfim dünya və Avropa çempionu olmaq idi. Bu məqsədə IMMAF və GAMMA təşkilatlarında nail olmuşam. İndi hədəfim UFC də döyüşmək və peşəkar karyeramda böyük uğurlar qazanmaq, dünyanın ən yaxşı döyüşçüləri arasında yer almaqdır.

- İsveçdə Mari Paulseni ilk raundda təslim olmağa məcbur etdiniz. Döyüşə necə hazırlaşmışdınız və qarşılaşmanın bu qədər tez başa çatacağını gözləyirdinizmi?

- Bizdə döyüşə hazırlıq çox vaxt döyüşün özündən daha çətin olur. Məşqlər həm fiziki, həm də psixoloji baxımdan ağır keçir. Mən çalışıram ki, döyüşü ilk raundda bitirim və buna uyğun plan qururam. Həmin qarşılaşmada da planımı həyata keçirə bildim.

- Azərbaycanda qadınların MMA ilə məşğul olmasına münasibəti necə qiymətləndirirsiniz? Sizcə, qızların bu idmana marağını artırmaq üçün hansı addımlar atılmalıdır?

- Azərbaycanda təəssüf ki, bəzi insan qadınların bu idmanda olmasını istəmir, döyüş idmanlarını yalnız kişilərə uyğun hesab edirlər. Amma mən inanıram ki, qadınlarımız istəsələr, kişilərdən də yaxşı nəticələr qazana bilərlər. Qızların bu idmana marağını artırmaq üçün onlara daha çox imkan yaradılmalı, bunun üçün onlara inam və dəstək lazımdır.

- Döyüşdən əvvəl qorxu və həyəcanla necə mübarizə aparırsınız? Heç olubmu ki, hansısa məqamda bu idmandan uzaqlaşmaq barədə düşünəsiniz?

- Döyüşdən əvvəl və döyüş zamanı qorxu və həyəcan keçirmirəm. Əksinə, döyüşəcəyim üçün xoşbəxt oluram. İstədiklərimi əldə etmədən bu idmandan uzaqlaşmaq barədə heç vaxt düşünməmişəm və düşünməyəcəyəm.

- Karyeranızın növbəti mərhələsində əsas hədəfiniz nədir? Gələcəkdə UFC kimi dünyanın aparıcı MMA təşkilatlarında çıxış etmək istəyirsinizmi?

- UFC-də çıxış etmək mənim ən böyük hədəflərimdən biridir. Ama indi ilin sonunda iki dünya çempionatında iştirak edəcəm və hazırda əsas məqsədim orada çempion olmaqdır. Daha sonra peşəkar yarışlarda çıxışımı davam etdirərək ən qısa zamanda UFC-yə yüksəlmək istəyirəm.

- Döyüşlərə hazırlaşmaq ciddi vaxt və maliyyə tələb edir. Hazırlıq xərclərini qarşılamaq və karyeranızı davam etdirmək baxımından çətinliklərlə üzləşirsinizmi?

  • Təəssüf ki, Azərbaycanda sponsor tapmaq çətindir. Əsl idmançılara dəstək göstərənlər azdır və bu idmanda yeni olduğum üçün maddi baxımdan çətinliklər olur, amma bunun müvəqqəti olduğuna inanıram.

Mənbə: idman.biz 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:10

Lənkəranda dənizkənarı ərazi zibilliyə çevrilib - VIDEO

Kriminal
Bu gün, 15:33

Lənkəranda yeniyetməyə işgəncə işi üzrə yeni detallar

Kriminal
Bu gün, 15:00

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah hava isti olacaq - PROQNOZ

İdman
Bu gün, 13:48

"Erzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub

Cəmiyyət
Bu gün, 13:04

Cəlilabadda Əmək Yarmarkası keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:15

Salyanda qəza: yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 11:05

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

Cəmiyyət
Bu gün, 10:35

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Bütün xəbərlər
Bu gün, 09:32

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Siyasət
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Cəmiyyət
Dünən, 18:03

Cəlilabadlı şəhidimizin anım günüdür

Cəmiyyət
Dünən, 17:27

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 16:28

Cəlilabadın sabiq icra başçısının işi Ali Məhkəmədə

Bütün xəbərlər
Dünən, 16:06

Allahşükür Paşazadə: "Azərbaycanda hicab qadağan olunmayıb"

İdman
Dünən, 15:02

"İmişli" FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib

Bütün xəbərlər
Dünən, 14:00

Yardımlıda alışan "Mercedes" geriyə hərəkət edərək dərəyə düşdü

Cəmiyyət
Dünən, 13:22

Salyanda magistral yolda sürücü qəfil vəfat etdi

Bütün xəbərlər
Dünən, 12:36

Astaralı ağır xəstənin pensiyası niyə kəsilib?

Bütün xəbərlər
Dünən, 11:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Kriminal
Dünən, 11:12

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb

Cəmiyyət
Dünən, 10:53

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur

Cəmiyyət
Dünən, 10:35

Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb

Oxşar xəbərlər