Əslən Lerikdən olan müğənni JONY-də (Coni) genetik "Aralıq dənizi qızdırması" adlanan nadir irsi xəstəlik aşkar edilib.
Sentyabr ayında xəstəxanaya yerləşdirildikdən sonra aşkarlanan xəstəliyə görə sənətçi xeyli çəki atıb.
Müalicəyə başlayan Coni əvvəlcə özünü daha yaxşı hiss etsə də, sonradan vəziyyəti yenidən pisləşib.
Hazırda müğənni ev şəraitində müalicə olunur.
Qeyd edək ki, bu xəstəlik yüksək qızdırma tutmalarına, həmçinin əzələ, oynaq və qarın ağrılarına səbəb olur. Xəstəlik orqanizmdə, heç bir real infeksiya olmadığı təqdirdə belə, iltihabi proseslərin baş verməsinə gətirib çıxarır.