Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayon və şəhərlərində bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-22° isti, dağlarda gecə 5-9° isti, gündüz 9-14° isti olacaq.