Lənkəran idmançıları növbəti dəfə beynəlxalq arenada uğur qazanıblar.
Cenublu.az xəbər verir ki, 13–14 aprel tarixlərində Antalya şəhərində keçirilən "Zəfər Kuboku" beynəlxalq turnirində Lənkəran güləşçiləri yüksək nəticələr əldə ediblər.
Belə ki, yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində Zəka Yusubov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanıb. Yusif Mirzəyev isə 48 kq çəki dərəcəsində turnirin gümüş medalına layiq görülüb.