Masallı şəhərində yanğın hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyul tarixində verir.
Bir dam altında tikilən ümumi sahəsi 3200 kv.m olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 160 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.
Mağazanın qalan hissəsi və bitişik obyektlər alovdan mühafizə olunub. Yanğın söndürülüb.