Bu gün Vətən müharibəsi şəhidimiz – Neymət Həsənovun doğum günüdür.
Neymət Emin oğlu Həsənov 1992-ci il noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Neymət Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, 2020-ci il noyabrın 2-də Zəngilan rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
"Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.