Təmizlik Marafonu çərçivəsində Lerik və Masallı rayonlarının meşə ərazilərində iməciliklər keçirilib.
Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, təmizlik aksiyasında sözügedən nazirliyin yerli qurumları, yerli icra hakimiyyət orqanları, bələdiyyə nümayəndələri və rayon sakinləri iştirak ediblər.
“Təmiz ölkəm” devizi altında keçirilən tədbirin məqsədi ətraf mühitin qorunması, ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanın təmin edilməsidir.