Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən balansında olan yaşayış binaları ətrafında təmizlik və abadlıq işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyul tarixində verir.
Qeyd edək ki, H.Əliyev pr., 118 və 122 saylı yaşayış binalarının dam örtüklərində həşəratlara qarşı dezinfeksiya işləri həyata keçirilib. Eyni zamanda M.Hüseynzadə və M.Hüseyn küçələrində sakinlərin gediş-gəlişinin rahatlığını təmin etmək məqsədilə səki ətraflarındakı ağaclar budanıb və otbiçmə işləri aparılıb.