top
Mərhum aktyor Bahadur Əliyevin doğum gündür
24 fevral 2026, 14:30
- ↺ +

Mərhum aktyor Bahadur Əliyevin doğum gündür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

39 ilini kino sənətinə həsr edən masallılı Bahadur Əliyevin anadan olduğu gündür.

Bahadur Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. O, 80-ə yaxın filmdə çəkilib.

Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan "Əlibaba və 40 quldurun macəraları", Hindistanın "Abdulla", həmçinin Özbəkistanın "Şerəli və Aybərçin" filmlərində rol alıb. Lakin o, daha çox "Ulduz" kinofilmindən sonra tanınıb. Həmin ekran əsərində Bahadur "Qədir" obrazını canlandırıb.

Əliyev 1957-1959-cu illərdə çəkilən "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində aktyor kimi çıxış edir. Lakin 1959-cu ildə o, "kinostudiyada işin həcmi azaldığına görə" işdən azad olunur və Bakıdakı "Lal-karlar üçün Mədəniyyət evi"nə bədii rəhbər vəzifəsinə işə düzəlir.

1961-ci ildən "Azərbaycanfilm"də korrektor ştatına işə götürülür. 1961-1965-ci illərdə "Telefonçu qız", "Əmək və qızılgül", "Romeo mənim qonşumdur", "Böyük dayaq", "Möcüzələr adası", "Sehrli xalat" filmlərində müxtəlif rollarda çıxış edir.

1965-ci ildə böyük inzibatçı vəzifəsində çalışmağa başlayır. Həmin vaxt o, "Dağlarda döyüş", "Yenilməz batalyon", "Yun şal", "İstintaq davam edir" və s. filmlərdə rol alır.

Bahadur Əliyev 1968-1973-cü illərdə kinostudiyanın dublyaj qrupu direktorunun müavini vəzifəsində işləyir. O, həm xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində iştirak edir, həm inzibatçı kimi dublyaj işini təşkil edir, həm də filmlərə çəkilir. Bu dövrdə ekranlaşdırılan "Axırıncı aşırım", "Həyat bizi sınayır", "O qızı tapın" və s. kinolentlərdə onun rolu var.

Bahadur Əliyev 1973-cü ildə kinoaktyor ştatına keçirilir. Bu zaman "Babək", "Evlənmək istəyirəm", "Özgə ömür" və s. filmlərdə çəkilir. 1995-ci ildə o, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxır.

16 sentyabr 2002-ci ildə Sumqayıt şəhərində yolda ürək çatışmazlığından  infarkt keçirərək vəfat edib.

Son xəbərlər

Kriminal
Bu gün, 15:00

Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah hava isti olacaq - PROQNOZ

İdman
Bu gün, 13:48

"Erzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub

Cəmiyyət
Bu gün, 13:04

Cəlilabadda Əmək Yarmarkası keçiriləcək

Bütün xəbərlər
Bu gün, 12:15

Salyanda qəza: yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 11:05

Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması

Cəmiyyət
Bu gün, 10:35

"Instagram" və "TikTok"a girişlə bağlı problem aradan qalxıb

Bütün xəbərlər
Bu gün, 09:32

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub

Siyasət
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Cəmiyyət
Dünən, 18:03

Cəlilabadlı şəhidimizin anım günüdür

Cəmiyyət
Dünən, 17:27

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 16:28

Cəlilabadın sabiq icra başçısının işi Ali Məhkəmədə

Bütün xəbərlər
Dünən, 16:06

Allahşükür Paşazadə: "Azərbaycanda hicab qadağan olunmayıb"

İdman
Dünən, 15:02

"İmişli" FK-nın baş məşqçisi ilə müqaviləyə xitam verib

Bütün xəbərlər
Dünən, 14:00

Yardımlıda alışan "Mercedes" geriyə hərəkət edərək dərəyə düşdü

Cəmiyyət
Dünən, 13:22

Salyanda magistral yolda sürücü qəfil vəfat etdi

Bütün xəbərlər
Dünən, 12:36

Astaralı ağır xəstənin pensiyası niyə kəsilib?

Bütün xəbərlər
Dünən, 11:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Kriminal
Dünən, 11:12

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb

Cəmiyyət
Dünən, 10:53

Azərbaycanda dəmiryolçuların peşə bayramı qeyd olunur

Cəmiyyət
Dünən, 10:35

Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb

Bütün xəbərlər
Dünən, 09:30

Yol polisi dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi

Siyasət
Dünən, 00:05

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Bütün xəbərlər
12 oktyabr 2026, 18:00

Azərbaycanda ət, yumurta və tərəvəz bahalaşıb - Sentyabrın qiymətləri

Oxşar xəbərlər