top
Şindan qalasında 23 ildən sonra yenidən arxeoloji tədqiqatlar aparılıb
17 avqust 2026, 14:31
- ↺ +

Şindan qalasında 23 ildən sonra yenidən arxeoloji tədqiqatlar aparılıb

Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvələrindən birində, İran sərhədinə yaxın ərazidə (38.44324° N, 48.59996° E) yerləşən Şindan qalası bölgənin mühüm tarixi-arxeoloji abidələrindən biridir.

Mövcud məlumatlara əsasən, Şindan qalası ərazisində 1969-cu və 2003-cü illərdə arxeoloji araşdırmalar aparılmışdır. Son araşdırmadan 23 il sonra – 2026-cı ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə abidə ərazisində yenidən həyata keçirilən kəşfiyyat işləri Şindan qalasının müasir vəziyyətinin qiymətləndirilməsi və əvvəlki mənbələrdə verilmiş məlumatların ərazidəki arxeoloji izlərlə müqayisəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Şindan qalasına qalxarkən Sım kəndinin ərazisində, qalanın ətəyində yerləşən qədim qəbiristanlıq bu günə qədər qorunub saxlanılmışdır. Qəbiristanlıqdakı qəbirüstü abidələr pilləvari formada olub, üzərilərində həndəsi formalı naxışlar öz əksini tapmışdır.

Aparılmış vizual müşahidələr nəticəsində yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, ərazidə diqqətəlayiq yeni arxeoloji izlər müəyyən edilmişdir. Belə ki, Şindan qalası ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacağı) qeydə alınmışdır. 2026-cı ildə ərazinin müşahidəsi zamanı sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səddə qaya divarına xas nizamlı hörgünün görünmədiyi və giriş hissəsinin təbii qayanın aşınması nəticəsində yaranmışa bənzədiyi müəyyən edilmişdir. Bununla yanaşı, sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın sahədə təxminən 22 × 22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları, eləcə də keramika fraqmentləri müşahidə edilmişdir. Quruluşun funksional təyinatı hələ dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunması ehtimal edilir. Ərazidə qeydə alınan keramika materialları ilkin olaraq orta əsrlər dövrü ilə əlaqələndirilir, lakin onların dəqiq xronoloji mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əlavə tipoloji və laborator tədqiqatlara ehtiyac vardır.

Sahədə müşahidə edilən bu müasir mənzərəni daha yaxşı anlamaq üçün abidə haqqında olan sənədli və tarixi mənbələrə nəzər salmaq xüsusi zərurət yaradır. Şindan qalasının tarixi haqqında ən maraqlı erkən yazılı məlumatlardan biri 1833-cü ildə London Kral Coğrafiya Cəmiyyəti tərəfindən nəşr olunan "The Journal of the Royal Geographical Society of London" jurnalında yer almışdır. 2026-cı il kəşfiyyatı ilə bu təsvir arasında 193 illik zaman fərqi mövcuddur. 1833-cü il səfər qeydlərində Şindan qalası artıq tərk edilmiş memarlıq obyekti kimi təqdim edilir. Müəllif qalanın təxminən 7000 fut hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyini, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğunu, lakin həmin dövrdə artıq dağıldığını bildirir. Daha yuxarı hissədə ikinci daş divarın, müxtəlif tikili xarabalıqlarının, ən hündür nöqtədə isə düz daş platforma, sisterna (su çəni) və uzunsov formalı bir tikilinin yerləşdiyi təsvir olunur. 1833-cü il təsvirində müdafiə divarlarının artıq həmin dövrdə dağılmış vəziyyətdə qeyd edilməsi 193 il sonra yerüstü monumental qalıqların nədən aydın görünməməsini – abidənin uzunmüddətli təbii aşınma və dağılma prosesinə məruz qalmasını aydın izah edir.

Qərbi Avropa səyahətnamələri ilə yanaşı, yerli və regional tarixi mənbələr də qalanın keçmişi haqqında qiymətli məlumatlar ötürür. Şindan qalası haqqında faktlar Səidəli Kazımbəyovun 1869-cu ildə qələmə aldığı "Səidiyyə" ("Cəvahirnameyi-Lənkəran"), Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun 1883-cü ildə tamamladığı "Əxbarnamə" əsərlərində, prof. Nadir Məmmədovun "Azərbaycan yer adları" (Bakı, 1993) kitabında və digər mənbələrdə də öz əksini tapmışdır. Bu mənbələrin 1833-cü il səyyah təsviri, 1969 və 2003-cü illərdə aparılmış araşdırmalar və 2026-cı il sahə materialları ilə kompleks təhlili qalanın tarixini daha dolğun öyrənməyə imkan verir.

Yazılı mənbələrlə yanaşı, abidənin adı və coğrafi mövqeyi də onun tarixi funksiyası haqqında müəyyən mülahizələr yürütməyə imkan verir. Şindan toponiminin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur; bəzi tədqiqatçılar adı talış dilində "Şındu" (pilləkənli), digərləri "şin" (yaşıllıq) və "dan" (yer) sözləri ilə, yaxud qədim Şin tayfası ilə əlaqələndirirlər. Lakin bu izahların heç biri hazırda qəti elmi etimologiya kimi qəbul edilə bilməz. Qalanın Talış dağlarının sıldırım zirvəsindəki hərbi-strateji mövqeyi onun ətraf ərazilərə nəzarət və müşahidə məqsədilə tikildiyini göstərir.

Əldə edilən bütün bu ilkin nəticələr və tarixi-yazılı mənbələr abidənin gələcək tədqiqi üçün aydın fəaliyyət planı müəyyənləşdirməyə zəmin yaradır. Qalanın dəqiq tikilmə tarixi və fəaliyyət dövrlərinin müəyyənləşdirilməsi üçün gələcəkdə sistemli arxeoloji qazıntıların, topoqrafik və geofiziki tədqiqatların aparılması, eləcə də tapıntıların laborator analizləri məqsədəuyğundur. 2026-cı il kəşfiyyatı abidənin müasir vəziyyətinin sənədləşdirilməsi və gələcək elmi tədqiqatların istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm ilk addımdır.

 

 

Son xəbərlər

Mədəniyyət
Bu gün, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Bu gün, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Bu gün, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Bu gün, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Bu gün, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Bu gün, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Bu gün, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Bu gün, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Bu gün, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Bu gün, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Bu gün, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Oxşar xəbərlər