Azərbaycanda bəzi cərimələr azaldılır.
Cenublu.az xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.
Vurğulanır ki, bir sıra Avropa və MDB ölkələrində (Rusiya, Portuqaliya, Polşa, Litva, Macarıstan və s.) mövcud olan təcrübəyə əsasən, hesabat verən maliyyə institutları tərəfindən hər hansı hesab barədə məlumatın verilməməsinə görə cərimə məbləğlərinin 1 000-500 000 manat arasında dəyişdiyini nəzərə alaraq, sanksiya məbləğinin azaldılması məqsədəuyğun hesab edilir.