Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yunan-Roma güləşi üzrə U-20 Avropa çempionatında Azərbaycan millisinin üzvü, əslən Lerikdən olan Emin Cavadlı möhtəşəm uğura imza atıb.
55 kq çəki dərəcəsində mübarizə aparan gənc pəhləvan final görüşündə Ermənistan təmsilçisi Edqar Petrosyanı "tuş"la məğlub edərək U-20 Avropa çempionu adına layiq görülüb.