Bu gün Vətən müharibəsi şəhidi Kamran Fərəcovun anım günüdür.
Kamran Qılman oğlu Fərəcov 1978-ci il yanvarın 14-də Astara rayonunun Səncərədi kəndində anadan olub.
Azərbaycan Ordusunun kapitanı olan Kamran Fərəcov Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Fərəcov 2020-ci il oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" medalları və III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.