Astara rayonunda 38 yaşlı kişi həyat yoldaşına odun parçası ilə xəsarət yetirib.
Hadisə rayonun kəndlərindən birində baş verib. 1988-ci il təvəllüdlü Pərviz fərdi yaşayış evində həyat yoldaşı Ləmanla mübahisə edib. Ailədaxili münaqişə zamanı o, qadının bədəninin müxtəlif nahiyələrinə odun parçası ilə zərbələr endirib.
Faktla bağlı Pərvizə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilib, əməlindən peşman olduğunu və həyat yoldaşı ilə barışdığını deyib.
Astara Rayon Məhkəməsinin hökmü ilə tərəflərin barışması nəzərə alınaraq cinayət təqibinə xitam verilib. Pərviz cinayət məsuliyyətindən azad edilib.
Adlar şərtidir.
Mənbə: demokrat.az