top
Talışların toy ənənələri
26 yanvar 2025, 04:30
- ↺ +

Talışların toy ənənələri

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən həftə Talış adətlərindən bəzilərilə bağlı paylaşım etmişdik. Bu dəfə isə daha bir neçə maraqlı ənənəni bölüşəcəyik. Talış mədəniyyəti zəngin tarixi və özünəməxsus adətləri ilə Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir. 

Gəlinin ardınca evə yad girməz… 

 Talışların toy mərasimləri bir ay əvvəldən başlayır. 40 gün sonraya qədər isə gəlin bəd nəzərdən qorunur. Lakin əvvəlcə nişandan başlayaq. Nişan mərasimi olandan sonra qız evi oğlanı qonaq çağırır. Bunun səbəbi həm onun qohumlarla tanışlığı, həm də ailə üçün məhrəm olmasıdır. Bu qonaqlıqdan sonra oğlan rahatlıqla nişanlısının evinə gələ, qızı görə bilər. 

 “Vəyə" adlanan ailə qurmaq mərasimi bir neçə mərhələdən ibarətdir. Ənənəvi olaraq, toy şənlikləri mahnı və rəqslərin müşayiət etdiyi xınayaxdı və "olatebrin" adlanan "paltarkəsdi" mərasimləri ilə başlanır. Burada qız tərəfindən qadın və qızlarla yanaşı, bəy evinin də nümayəndəsi – "dayna" adlanan ağbirçək qadın iştirak edər, qonaqlara şirniyyat, şərbət paylanar. 

 Toy günündə talışlar gəlini at belində, başına qırmızı duvaq örtüb aparırlar. Bu ənənə bir çox dağ kəndlərində indi də qalmaqdadır. Atın başına xüsusi bəzək hazırlayırlar. Toy ərəfəsi at yarışı keçirilir. Gəlin evə çatanda hamı qapıya çıxıb onu qarşılamalıdır. Qurban kəsir, ayağının altında boşqab sındırırlar. Bu ənənə də bir çox kəndlərdə qalıb. Gəlini həyətdə qarşılayan bütün qohumlar ona necə davranacaqları barədə vəd verir, arzularını deyib, içəri dəvət edirlər. Gəlin evə girəndən 3 gün sonraya qədər ailə üzvlərindən başqa kənar adam içəri buraxılmır. 40 gün ərzində isə gəlin insanlarla az ünsiyyətdə olur ki, bəd nəzərdən qorunsun.

 Əvvəllər talış toylarında nə nağara, nə də qarmon olub, gəlini zurna ilə aparardılar. Toy isə balabanla keçərdi. Bu adət indi də bəzi kəndlərdə qalıb. Bəzi talış kəndlərində gəlini aparanda onun beşiyini də cehiz kimi göndərirdilər.  Bu da doğulacaq uşaqların beşiyinin kənardan gəlməməsi üçündür.

Bayram günlərində oğlan tərəfi qız evi üçün xonça tutub bayram payı göndərər. Üzəri qırmızı kəlağayı ilə örtülən bəzəkli xonçaya şirniyyat və meyvələrdən savayı, rəmzi anlam verən düyü, bir cüt bişmiş quş və ağzına hil və ya üzük sancılan balıq qoyarlar. Bəy oğlanın gəlin üçün hazırladığı xüsusi xonçada isə şirniyyat və hədiyyələrdən başqa müxtəlif adda 40 ədəd çörək və qoğal qoyarlar. Məsələn, ziren çörək (yumurta sarısı, yağ, düyü unundan hazırlanan və içliyi ləvəngi olan uzunsov kətə), bişi (yağda qızardılmış qoğal), çəngüru (düyü unundan bişirilmiş qoğal), qəndi külçə, şorçörək, məcüm halvası, Lənkəran külçəsi (üstü naxışlı, girdə çörək növü) və s.

Cənub bölgəsinin toy və el şənliklərində talışların qədim "Yar bə buğ bume" (Yar bağa gəldi), "Yur ya ləli" (Tez yüyür gəl), "Tı çuki pəvəndi" (Sən kimin yarısan), "Kinəlim" (Ay qız), "Bə vayə bumem, hazuvə" (Toyuna gəlləm, ay oğlan), Azərbaycan dilində səslənən "Uçar, köçər yar-yar", "Gəlin gəldi", "Ay gülü xaşxaşlı gəlin" və s. digər toy və mərasim mahnıları, "halay" və "bicar" kimi kollektiv nəğmələr səslənir.

Son xəbərlər

Kriminal
Bu gün, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Bu gün, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Bu gün, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Bu gün, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Bu gün, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Bu gün, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Bu gün, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Bu gün, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Bu gün, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Bu gün, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Bu gün, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
Dünən, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
Dünən, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
Dünən, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
Dünən, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
Dünən, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
Dünən, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
Dünən, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Kriminal
Dünən, 10:30

Lerikdə əsgərlikdən qayıdan gənc 200 min manatlıq təzminat tələb edir

İqtisadiyyat
Dünən, 09:48

Azərbaycan nefti bahalaşıb

Siyasət
Dünən, 09:15

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Oxşar xəbərlər