top
Talışlar - Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi
18 yanvar 2025, 05:16
- +

Talışlar - Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi

Talış xalqı Azərbaycanın cənub-şərq bölgəsində, xüsusilə Xəzər dənizinin sahilində yaşayan etnik qrupdur. Onlar özlərinə məxsus dil, mədəniyyət və ənənələrə malikdirlər və bu, Azərbaycanın zəngin mədəni irsinin vacib bir hissəsini təşkil edir. Talış dili, İrani dillərinin Şimali-Qərbi qrupuna aid olub, Talış xalqının kimliyinin mühüm bir hissəsidir.

Talış xalqının ənənələri təbiətə, xüsusən də Xəzər dənizi və bölgənin dağlıq, yaşıl mənzərələri ilə sıx əlaqəyə əsaslanır. Onların adət-ənənələri gündəlik həyatın müxtəlif sahələri, o cümlədən kənd təsərrüfatı, musiqi, rəqs və əl işlərini əhatə edir. Talışlar həm ümumi Azərbaycan bayramlarını, həm də özlərinə məxsus mərasimləri qeyd edirlər, bu da çox vaxt ailəvi toplaşmalar, musiqi və ənənəvi yemək mədəniyyəti ilə müşayiət olunur.

Talış xalqı tarix boyunca güclü bir icma hissinə sahib olub, ailə dəyərləri və qonaqpərvərlik mövzularına xüsusi önəm verir. Onların özünəməxsus ənənələri, əzmkarlığı və uyğunlaşma bacarıqları Azərbaycanın mədəniyyətindəki müxtəlifliyi qorumaqda mühüm rol oynamağa davam edir.

Talış adət-ənənələrindən bəzilərini təqdim edirik:

Talışlarda ev

 Deyilənə görə, talış kəndlərində evlər iki cür olur. Bir qisim evlərin üstünə dəmir vurmur, palçıqla suvayırdılar. Palçıq su keçirmirdi. İki əsrdən qalma belə evlərin qalıqları Lerik kəndlərində var. Bu evlərin xüsusiyyəti pəncərəsinin olmamasıdır. Yuxarıda iki baca qoyurdular, evdəki təndir, sobanın tüstüsü o bacalardan çıxırdı. Bu evlər, əsasən, iki hissədən ibarət olurdu: biri yaşayış yeri – bir və ya iki otaqdan ibarət, ikincisi isə mal-qara üçün tövlə. Bunlar bir-birinə bitişik olur və yaşayış yerindən də tövləyə yol olurdu. Bu cür yaşayış tərzi ağır idi. Evlər darısqal, havası ağır olurdu. Tövlənin iyi otaqlara dolarmış. Evlərin pəncərəsiz olmasının da səbəbi var idi. İranla sərhəddə yaxın olan kəndlərə bu ölkədən Şahsevənlərdən quldur dəstələr basqın edib, oğurluq edirmişlər. Bunun qarşısını almaq üçün pəncərəsiz evlər tikilirmiş. Çünki pəncərəni sındırıb içəri girmək rahat olurdu, ancaq bacadan girmək çətin idi.

 Bir qisim evlərin damı isə ağacdan düzəldilirdi, üstünə küləş vurulurdu. Küləş su buraxmırdı, bəzi rayonlarda bunu qamışla əvəzləyirdilər. Meşələrdə palıd ağacını yonub bir metr uzunluğunda, 15 sm enində nazik taxtalar düzəldib, dama vururdular. Çardaq düzəldir, üstünə küləş vururdular.

 Lerikdə dəmirçilər, Lənkəranda dulusçular

 Talışların əsas məşğuliyyəti sənətkarlıq idi. Dulusçuluq, əsasən Masallıda, Lənkəranda, Astarada az miqdarda təşəkkül tapsa da, Lerikdə dulusçuluq yox, əsasən dəmirçilik yayılmışdı. Bunun səbəbi Lerik torpağında sarı gilin az olmasıdır. Digər üç rayonda sarı gil çox olduğuna görə, dulusçuluqdan istifadə edilir. Lerikdə, Masallıda, Lənkəranın dağ kəndlərində yun çox olduğu üçün xalçaçılıq, palaz və kilim, cecim toxunması geniş yayılıb. Yəni toxuculuq evdar qadınların əsas məşğuliyyəti olub. Hazırda kilim toxuma Lerikin bir-iki kəndində qalıb. Cecimi xalçadan fərqləndirən cəhətlərdən biri onun hanada yox, yerdə toxunmasıdır. İndi cecim Lerikin Pirəsora kəndində toxunur. Bu sənətin sıradan çıxmasının səbəbi onu yaşadan qocaların dünyasını dəyişməsi, cavanların isə öyrənməyə marağının az olmasıdı.

Dəmirçilik də talışların xüsusi sənət sahələrindəndir. Bu gün dəmirçilik Lerikin bir sıra kəndlərində qalıb. Dəmirdən əsasən at nalı hazırlandığına görə, dağ kəndlərində sakinlər bu peşəni hələ də qoruyur.

 Müxtəlif növ corablar

Bir vaxtlar evdə istifadə olunan xonça, qab-qaşıq da ağacdan hazırlanırdı. Taxtadan xüsusi ustalar tərəfindən hazırlanan beşik nəsildən-nəslə ötürülür. Bir çox ailələrdən illər əvvəl hazırlanmış həmin beşiklər yenə də saxlanılır. Əzgil ağacından əsa (çəkil) hazırlanır, ağacı odda yandırıb qabığını soyurlar. Bu zaman o, qıpqırmızı rəngdə olur, xüsusi rənglənmiş kimi görünür.

Talışlarda toxunma corablar da bir ənənədir. 20 növ corab toxuyurlar, bu corablar yundan toxunur, həmin yun həyətdəki müxtəlif bitkiləri suyuna çəkilərək rənglənir. Bu corabların növlərinin fərqli olmasının səbəbləri var. Məsələn, tirmə corabları yalnız kişilər geyinir, naxışlı, dizə qədər olan corabları ancaq qadınlar geyinir, qocalar isə saya corablar geyinir ki, onlar ağ və ya qara yundan toxunur, demək olar ki, əlavə rəng vurulmur.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:01

Lənkəranda kanalizasiya sisteminin yenilənməsi işlərinə başlanılıb

Bütün xəbərlər
Bu gün, 14:29

Lənkəranda qəza: 3 nəfər xəsarət alıb - VİDEO

Bütün xəbərlər
Bu gün, 13:55

Neftçalalı Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 13:26

Ödənişi yüksək olan özəl bağçaların müsabiqədən keçmək şansı az olacaq - MÜTDA

Kriminal
Bu gün, 12:57

Sım şəlaləsində çiməni təhqir etdi, həbs olundu

İqtisadiyyat
Bu gün, 12:25

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı

Bütün xəbərlər
Bu gün, 11:58

DİM taksi sürücüləri üçün imtahan keçirəcək

Bütün xəbərlər
Bu gün, 11:30

MİQ-də vakansiya seçimi başladı

Bütün xəbərlər
Bu gün, 11:00

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:29

Astaranın bu kəndlərində qaz kəsiləcək

Kriminal
Bu gün, 09:56

Saatlıda cinayət: Sevgilisinin azyaşlı qızına təcavüz etdi

Bütün xəbərlər
Bu gün, 09:15

Bağçalara qəbulda yeni növbələrin yaradılması müvəqqəti dayandırıldı

Bütün xəbərlər
Dünən, 18:00

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:24

Cenublu.az yazdı, problem dərhal həll olundu

Kriminal
Dünən, 16:58

Polis 56 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 16:27

İlk yarımildə neçə erkən nikahın qarşısı alınıb? - Rəsmi

Kriminal
Dünən, 15:56

Dostunun ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 15:25

Sabirabadda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 14:50

Şəhid İlkin Kazımovun doğum günüdür

İdman
Dünən, 14:20

Astaralı güləşçilər Türkiyədən iki bürünc medalla qayıdıblar

Bütün xəbərlər
Dünən, 13:53

15 gündə Elm və Təhsil Nazirliyinə 54 minə yaxın müraciət olub

Bütün xəbərlər
Dünən, 13:25

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:58

Gəlinini döyən qayınata həbs olundu

Bütün xəbərlər
Dünən, 12:30

Gözdən əlil abituriyentlərin qəbulu üçün 15 plan yeri ayrılıb

Oxşar xəbərlər