İyunun 12-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının daha intensiv olacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə saatlarında 17-21°, gündüz 29-34° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacağı proqnozlaşdırılır.