Neftçalada evdən meyit aşkarlanıb.
Lent.аz xəbər verir ki, hadisə rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 65 yaşlı Vladimir Anatolyeviç Şevçenkonun meyiti yaşadığı evdə tapılıb. İlkin məlumata görə, meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.