Masallının Şatıroba kənd sakini Allahqulu Səfərov öldürülüb.
Qafqazinfo.az xəbər verir ki, gənc Rusiyanın Surqut şəhərində bıçaqlanıb. Hadisə ötən gün qeydə alınıb.
Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil.
Məlumata görə, A.Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.