Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib.
Bu barədə Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.
Onun sözlərinə görə, Aslan Fətullayevin nəşi bu gün səhər saat 05:30-da Moskvadan Bakıya gətirilib. Teatrın direktoru və bir neçə əməkdaşı onun cənazəsini qarşılamaq üçün hava limanında olublar.
Hazırda aktyorun nəşi Lerik rayonuna aparılır. O, doğulduğu Çayrud kəndində dəfn ediləcək.