Bu gün Vətən müharibəsi şəhidimiz - Əjdər Dadaşovun ad günüdür.
Əjdər Pənah oğlu Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əjdər Dadaşov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
"Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.