Masallı rayonunun Qızılağac kəndində yolların asfalt örtüyünün olmaması sakinlərin narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, kənddaxili yolların yararsız vəziyyəti həm sürücülər, həm də piyadalar üçün çətinlik yaradır.
Vətəndaşların sözlərinə görə, yağışlı havalarda yollardakı çalalar su ilə dolaraq gölməçələrə çevrilir. Bu isə avtomobillərin hərəkətini çətinləşdirir, nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur. Yay aylarında isə ərazidə yaranan güclü toz səbəbindən yollarda hərəkət etmək müşkülə çevrilir.
Kənd sakinləri yolların asfaltlanmasını və problemin aradan qaldırılması üçün tədbir görülməsini istəyirlər.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.