Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,noyabrın 13-də Salyan və Neftçalada sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.