Lənkəranda 32 yaşlı Röyal Nəsirlinin intiharının bəzi təfərrüatları məlum olub.
Lent.az xəbər verir ki, kişinin banka olan borcunu ödəyə bilmədiyi üçün özünü öldürdüyü ehtimal olunur.
Hazırda faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, hadisə Göyşaban kəndində baş verib. Kənd sakini, 32 yaşlı Röyal Nəsirli gecə saat 3 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq, həyatına son qoyub.