Lənkəranda kişi meyiti tapılıb.
Cenublu.az xəbər verir ki, meyit bu səhər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində, evlərin birinin həyətyanı sahəsində tikilidə aşkarlanıb. Məlum olub ki, ölən şəxs sözügedən evdə qeydiyyatda olan 1992-ci il təvəllüdlü Röyal Elhad oğlu Nəsirlidir. İlkin məlumata görə, o, özünü asaraq intihar edib. Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Faktla bağlı araşdırma aparılır.