Lənkəranda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Apa.az-a istinadən verir.
Lənkəran RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Kərgəlan kənd sakini Rəhim İbadova bıçaqla xəsarət yetirmiş şəxs tapılıb. Belə ki, əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.
Mübahisə şəxsi zəmində yaranıb və tərəflər yeznə və qayındırlar.
Xatırladaq ki, zərərçəkmiş Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.