Lənkəranda 38 yaşlı kişi döyülərək bıçaqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyun tarixində Apa.az-a istinadən verir.
Hadisə gecə saatlarında baş verib. Xəsarət alan Kərgəlan kənd sakini Rahim İbadov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona hər iki sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyulub.
Zərərçəkənə ilkin tibbi yardım göstərilib və vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Araşdırma aparılır.