Vətəndaşların istirahət üçün hansı bölgələri seçdiyi məlum olub.
Media Təhlil Mərkəzi vətəndaşlar arasında sorğu keçirərək onların bölgələrə səyahətlə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1426 nəfərin 62%-ni qadınlar, 38%-ni kişilər təşkil edib.
Respondentlərin 53%-i istirahət etmək üçün ən maraqlı bölgə kimi Qarabağı seçib. Digər bölgələrə maraq göstərənlər arasında 48% Quba-Xaçmaz, 47% Şəki-Zaqatala, 40% Lənkəran və 20% Gəncə bölgələrini üstünlük verib.