Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakim köməkçisi medalla təltif edilib.
Cenublu.az Lənkəran Ağır Cinayətlər Məhkəməsinə istinadən xəbər verir ki, məhkəmənin sədri Elxan Süleymanov, hakim köməkçisi Mahir Hüseynovun "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunması münasibətilə təbrik edib. E. Süleymanov ona gələcək fəaliyyətində uğurlar arzulayaraq, medalını təqdim edib.
İclasda həmçinin əmək və icra intizamı ilə bağlı müzakirələr aparılıb, rəhbərliyin bu sahədəki tövsiyə və tələbləri kollektivə çatdırılıb.