Cəlilabadda yanğın hadisəsi baş verib.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Gülməmmədli kəndində qeydə alınıb. Ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları, altına yığılan 20 ton ot bağlamasının 8 tonu və bitişik tövlənin dam örtüyünün taxta atmaları 2 kv.m sahədə yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb edilib. Ot bağlamalarının və tövlənin qalan hissəsi alovdan mühafizə olunub. Yanğın söndürülüb.