Lənkəran şəhərinin mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsində “Refem” marketin qarşısında yerləşən piyada keçidi demək olar ki, görünməz haldadır.
Sakinlərin Cenublu.az–a verdiyi məlumata görə, ərazidə işıqfor olsa da, piyada keçidinin görünməməsi sürücülərin qaydaları pozaraq təhlükəli manevrlər etməsinə səbəb olur. Bu isə piyadalar üçün, xüsusilə də yaşlılar və uşaqlar üçün real təhlükə mənbəyinə çevrilib.
Yerli sakinlər aidiyyəti orqanlardan silinmiş piyada keçidinin yenidən çəkilməsini və ərazidə nəzarətin gücləndirilməsini tələb edirlər.